Su üstündə qonşusunu öldürdübackend

Su üstündə qonşusunu öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən 1982-ci il təvəllüdlü Eminov Fərman Kazım oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə F.Eminovun anket məlumatları dəqiqləşdirilib.

3 azyaşlı övladları olan F.Eminov orta təhsillidir.

Məhkəmənin baxış iclası fevralın 17-nə təyin edilib.

Hadisə Sabunçu qəsəbəsi Natavan küçəsi 16 ünvanında baş verib.

Fərman Eminov 1980-ci il təvəllüdlü qonşusu Əmənov Elməddin Nəbi oğlunu bıçaqlayaraq qətlə yetirib.

Qonşular arasında qanlı olayın səbəbi sudur. Belə ki, Elməddin Əmənov qonşuluqda yaşayan Fərman Eminovun həyətinə gedən su borusunu kəsib. Suyun kəsildiyini görən Fərman qonşusu ilə dava edib və münaqişə zəminində onu öldürüb.

Bir neçə bıçaq xəsarəti almış 36 yaşlı Elməddinin həyatını xilas etmək mümkün olmayıb.

Qətlə yetirilən şəxs də 2 uşaq atası olub.

İnterpress.az