Evi qarət olunan jurnalist dindirildibackend

Evi qarət olunan jurnalist dindirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə BakiPost.az-a jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, fevralın 9-da axşam saat 7:00 radələrində Binəqədi rayon 4-cü Polis bölməsinə dəvət olunub: \”Şəxsən bölmənin rəisi Etibar Balakişiyev məni qəbul elədi. Baş vermiş hadisə ilə bağlı məlumat verdim. Orada mənə hadisə ilə bağlı cinayət işinin açıldığını və şahidlərin dindirilməsinə başlanılacağını bildirdi”.

B.Rüstəmli oradan bir başa bölmənin xüsusi əməliyyat qrupun 3 üzvü və sahə inspektoru ilə birlikdə hadisə yerinə getdiklərini vurğulayıb: \”Ekspertiza üçün lazımı materiallar götürüldü. Əməliyyat qrupunun üzvləri cinayət işinin tez bir zamanda açacaqlarına dair ciddi iş aparıldığını bildirdilər.”

Xatırladaq ki, fevralın 8-də jurnalist, aznews.az saytının əməkdaşı Bahar Rüstəmlinin evi qarət olunub. Hadisə zamanı evə girən naməlum şəxslər jurnalistə məxsus təxminən 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

İnterpress.az