Rusiyada azərbaycanlı yoxa çıxıbbackend

Rusiyada azərbaycanlı yoxa çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumatda İdrak Şahbazovun 20 gündən artıq itkin düşdüyü bildirilir:

“1962-ci il təvəllüdlü Şahbazov İdrak Gülhüseyn oğlu 2017-ci ilin yanvar ayının 20-də Xoroşevski küçəsindən “Kia Rio” markalı avtomobilində gedib və indiyə kimi onun olduğu yer məlum deyil”, – Rusiyanın Daxili İşlər Nazirliyinin xəbərində deyilir.

Onun xüsusi əlamətləri sol yanaqda kiçik qabarıq xal göstərilir, sağ əlində, baş və şəhadət barmaqlarının arasında \”ANA\” döyməsi olub. Əynində qara rəngli gödəkçə, açıq göy rəngli cins şalvar, tünd yaşıl rəngli köynək, qara çəkmə və boz rəngli papaq olub. ( virtualaz.org )

İnterpress.az