Nahara “kapuçino” şorbasıbackend

Nahara “kapuçino” şorbası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
100 qr porçini göbələyi
100 qr şampinyon göbələyi
1 ədəd baş soğan
1 ədəd kartof
½ diş sarımsaq
10 qr kərəviz
100 qr qaymaq
100 ml bitki yağı
Tərəvəz bulyonu
Duz, istiot

Tərəvəz bulyonu üçün:
1 ədəd bolqar bibərinin içi (saplağı ilə birlikdə)
200 qr göbələyin kötük hissəsi
1 ədəd pomidor qabığı
1 ədəd baş soğanın ikinci qabığı
Yumru istiot
Dəfnə yarpağı
Duz

Bulyonun hazırlanması:
Bütün ərzaqların üzərinə su əlavə edilir, duz səpilib qaynadılır.

Hazırlanması:
Soğan və sarımsaq xırda doğranıb yağda bir qədər qovrulur. Üzərinə göbələk əlavə edilib qızardılır. Qarışığa xırda doğranmış kartof qatılıb qovrulur. Qovrulmuş kütlənin üstünə tərəvəz bulyonu tökülüb zəif odda qaynadılır. Hazır olana yaxın duz, istiot səpilib blenderdən keçirilir. Şorbaya qaymaq əlavə olunub qarışdırılır.

Nahara “kapuçino” şorbası

İnterpress.az