“Qaşınmayan yerdən qan çıxartmaq istəyirlər”backend

“Qaşınmayan yerdən qan çıxartmaq istəyirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xatırladır ki, politoloq Zərdüşt Əlizadə lent.az-a verdiyi müsahibədə Əbülfəz Elçibəyin kürd olduğunu deyib və əlavə edib ki, bunu ona yazıçı Əkrəm Əylisli deyib.

Əkrəm Əylisli isə Moderator.az-a verdiyi açıqlamada bildirib ki, Zərdüşt Əlizadə ilə heç vaxt bu mövzuda söhbəti olmayıb: “Zərdüşt Əlizadə ilə söhbətlərimiz olub, ancaq belə söz deməyi heç təsəvvürə gətirə bilmirəm. Mən belə bir şey deməmişəm”.

Əkrəm Əylisli deyib ki, dostu Əbülfəz Elçibəy haqqında bu cür söhbətlərin onun adından yayılması qaşınmayan yerdən qan çıxarmaqdır.

İnterpress.az