“Vəziyyətin gərginləşməsinə dair xəbərlər bizi narahat edirbackend

“Vəziyyətin gərginləşməsinə dair xəbərlər bizi narahat edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər strateji əməkdaşlığa əsaslanmalıdır: ““Biz \”Şərq tərəfdaşlığı\” çərçivəsində sammitə hazırlaşırıq. Tam əmin deyilik, amma çalışacağıq ki, o sammitə kimi bu sənəd imzalansın. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və nəqliyyat layihələri sahəsində əməkdaşlıqda maraqlıyıq”.

Latviya xarici işlər naziri həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub: “Vəziyyətin gərginləşməsinə dair xəbərlər bizi narahat edir. Münaqişə danışıqlar yolu ilə həll oluna bilər. Biz ərazi bütövlüyü prinsipinə sadiqik və ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlar prosesini dəstəkləyirik”.

İnterpress.az