“Lapşinin təhvil verilməsi ilə bağlı Azərbaycanın müraciəti qanunidir”backend

“Lapşinin təhvil verilməsi ilə bağlı Azərbaycanın müraciəti qanunidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov bloqer Aleksandr Lapşinin Azərbaycana verilməsinə münasibət bildirərkən deyib.

Diplomat bildirib ki, Rusiya və İsrail vətəndaşı olan Lapşin Dağlıq Qarabağa səfər edənlərin Azərbaycana girişinin qadağan olunduğunu bil-bilə bu addımı atıb: “Azərbaycanda “Formula-1” yarışı keçirildiyi üçün onu Bakıya buraxıblar. Geri qayıdandan sonra isə o, sosial şəbəkələrdə azərbaycanlıların əleyihinə postlar payılaşaraq lovğalanıb. Sonra isə Belarusa səfər edib, burada onun qohumları var. Burada onu Azərbaycanın sorğusu əsasında həbs ediblər\”.

Rusiyalı diplomat Azərbaycan tərəfinin müraciətinin qanuni olduğunu deyib.

“Hüquqi nöqteyi-nəzərdən hər şey qaydasındadır. Çünki barəsində cinayət təqibi olan şəxsin təhvil verilməsi barədə MDB ölkələri arasında razılaşma var, Azərbaycan Baş Prokurorluğu da bununla bağlı müraciət edib. Belarus həmin müraciət əsasında bu addımı atıb. İsraillilərlə birlikdə bizim konsulluq şöbəmiz Lapşinin ya Rusiya, ya da İsrailə verilməsi üçün iş aparıb. Həmin razılaşma çərçivəsində onu Rusiyaya vermək olardı. Lakin bizdə onun barəsində cinayət işi yoxdur. Baş Prokurorluğumuz onun barəsində cinayət işi açmış olsaydı, o, Azərbaycana yox, Rusiyaya təhvil veriləcəkdi”, – deyə A.Surikov bildirib.

Səfir qeyd edib ki, A. Lapşin Belarusda saxlanılan zaman konsulluq şöbəsinin əməkdaşları ona baş çəkiblər, həm vəkilləri, həm də qohumları ilə görüşüblər: \”Lakin onu təhvil verilməsinin qarşısını almaq mümkün olmadı\”.

İnterpress.az