“Büdcələri dilənçi paylarından ibarətdir”backend

“Büdcələri dilənçi paylarından ibarətdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ermənilərin son vaxtlar belə fəallaşmasını BakiPost.az-a şərh edən Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Ermənistan iqtidarı bu yollarla diqqəti yayındırmağa və hakimiyyətdə qalmağa çalışır: \”Aprel ayının 2-də Ermənistanda keçiriləcək parlament seçkilərində indiki hakim komanda nə yolla olur-olsun parlamentdə üstünlük qazanmağa çalışır. Çünki Ermənistan ötən il qəbul edilən dəyişikliklərə görə artıq parlament respublikasına keçib. Serj Sarkisyan hakimiyyəti əlində saxlamağa çalışır. Buna görə də cəmiyyətdə indiki komandanın işgüzar, situasiyaya nəzarət edən, Dağlıq Qarabağ məsələsində söz sahibi olan bir komanda olduğunu göstərməyə çalışır. Bu səbəbdən cəbhə xəttində vaxtaşırı diversiyalar həyata keçirilir, Azərbaycan mövqelərinə hücumlar edilir. İndiki hakimiyyət bütün bunların hamısını tamam başqa bir fonda Ermənistan cəmiyyətinə ötürməyə çalışır. Amma unudulur ki, Azərbaycan 1990-ci illərin Azərbaycanı deyil. Azərbaycan siyasi, iqtisadi, diplomatik cəhətdən Ermənistandan qat-qat güclüdür. Bizim silahlı qüvvələrimiz Ermənistan ordusundan daha hazırlıqlıdır. Həmçinin texnika və silahla daha yaxşı təmin edilib. Ona görə də onların diversiyalarının qarşısı belə uğurla alınır”.

Deputat qeyd edib ki, Ermənistan özünü \”yazıq” kimi göstərərək müxtəlif dövlətlərdən yardım alır: \”Bu gün Ermənistanın büdcəsi daha çox xaricdən gələn qrantlardan, yardımlardan və yaxud da dilənçi paylardan ibarətdir. Növbəti dəfə özünün yazıq bir xristian ölkəsi olduğunu beynəlxalq təşkilatların, ayrı-ayrı fondların qarşısında göstərmək üçün bu cür provakasiyalara əl atır. Düzdür, müəyyən qədər yardımlar almağa nail olur. Amma bu yardımlarla dövlət saxlamaq mümkün deyil. Bunu isə Ermənistan hakim komandası ya dərk etmir, ya da bu fikri özünə yaxın buraxmağa çalışmır. Amma ümumilikdə isə vəziyyətdən ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarını hələ də işğalda saxlayır. Azərbaycan isə işğal faktoru ilə razılaşmır və razılaşmayacaq. Azərbaycan silahlı qüvvələri hər bir an Ermənistanın istənilən provokasiyasına cavab verməyə hazırdır”.

İnterpress.az