Pəhriz qəlyanaltılarıbackend

Pəhriz qəlyanaltıları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çoxumuz yeməklər arası qəlyanaltı yeməyi qəbul edir. Çipsləri və şokoladları əvəz edən təbii qəlyanaltılar seçin. Bu yolla, bədəninizi ən vacib qidalandırıcılarla təmin edə bilərsiz. Qəlyanaltı yemək istəyirsinizsə, nəyi yeyə biləcəyinizi buradan öyrənin.

Yerkökü

Dəri rəngini gözəlləşdirmək istəyirsinizsə, yerkökü yeyin – müntəzəm olaraq yerkökü yemək dərinizə azca qaralma verəcək. Yerkökülər mədənizə kömək edir, qəbəliyə yardımçı olur, köpü azaldır. Qışda konservləşdirilmiş və ya donmuş yerkökü istifadə edə bilərsiniz.

Alma

Arıqlama pəhrizində olan insanlara xüsusilə tövsiyyə olunur, onların çoxlu lifləri var ki, bu sizə toxluq hissi verir və həmçinin, həzmi yaxşılaşdırır. Lakin, onlardan çox istifadə olunmamalıdır, çünki çoxlu kaloridən ibarətdirlər. Alma həmçinin, kalsium, silisium dan ibarətdir və saçlar, dırnaqlar üçün əladır. Onları qabıqlı yemək lazımdır, çünki bir çox qida elementlərinin olduğu yer məhz qabıqdır.

Kişmiş

Qurudulmuş üzüm şirniyyata olan iştahımızı doydurur, eyni zamanda onlar yüksək kalsium tərkibinə görə sümükləri gücləndirir və bizi osteoporozdan qoruyur. Bundan əlavə, onlar xolestrol miqdarını azaldır. Həzmlə bağlı problemləriniz varsa və ya qəbizlikdən əziyyət çəkirsinizsə kişmiş yeyin. Miqdarını çox etməyin, çünki kalorilidirlər.

Günəbaxan

Günəbaxan toxumları protein, eləcə də ürək üçün faydalı yağ mənbəyidir. Stresli olan insanlar üçün tövsiyyə olunur – tərkibində əsəb sistemini stabilləşdirən və diqqəti toplamağa kömək edən maqnezium vardır. Günəbaxan toxumlarında olan sink və E vitamininin dərimizə təsiri böyükdür.

Yoqurt

Meyvə yoqurtları əvəzinə, təbii növləri seçin, onlar daha az kalorilidir. Tərkibində bədənin immunitetini artıran probiotik bakteriyanın olub-olmamasını yoxlayın. Uzun tərkib siyahısı olan yoqurtlardan çəkinin. Onlar yalnız süd və bəzi bakteriyalardan ibarət olmalıdır.

Partlamış düyü peçenyeləri

Onların bütün dadlarda olanları var, duzlu və şirin, lakin üzərində şokolad olanları tövsiyyə etmirik. Düyü peçenyeləri liflə zəngindir, toxluq hissi verir və bədəni toksinlərdən təmizləyir. Peçenyelərin hazırlandığı düyü əsəb sistemini sakitləşdirən maqneziumdan ibarətdir. Onlar normal çörəyi əvəz edə bilər.

Pəhriz qəlyanaltıları

Pəhriz qəlyanaltıları

Pəhriz qəlyanaltıları

Pəhriz qəlyanaltıları

İnterpress.az