Səməd Seyidov Jirinovskiyə cavab verdibackend

Səməd Seyidov Jirinovskiyə cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən S.Seyidov bildirib ki, əslində bu sözlərə fikir verməyə bilərdik: “Bu fikirlərin Xocalı soyqırımının 25 illiyi ərəfəsində deyilməsi qəbuledilməzdir. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Ermənistan qondarma dövlətdir. Ermənistan Azərbaycan torpaqlarında yaradılıb”.

S.Seyidov xatırladıb ki, prezident İlham Əliyev Brüsselə səfəri zamanı bir sıra görüşlər keçirib. O qeyd edib ki, bu uğurlar bəzi dairələri narahat etməyə başlayıb.

“Bəzi şəxslər Avropa Parlamentidə təxribata əl atıblar. Orada bir neçə deputat Azərbaycanla bağlı müzakirələr təşkil etməyə çalışdı. Amma onların məqsədi həyata keçmədi. Bu, iki şəxsin etdiyi Avropa Parlamentinin tarixində utanc kimi yadda qaldı”.

İnterpress.az