Süni qiymət artımı ilə bağlı növbəti Xəbərdarlıqbackend

Süni qiymət artımı ilə bağlı növbəti Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az nazirlikdən verilən məlumata əsasən xəbər verir ki, aparılan monitorinqlər göstərir ki, yumurtanın satış qiyməti bu ilin 1 yanvarına nisbətən 25%-dək azalıb. Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir.

Bununla yanaşı, son günlər unun da ucuzlaşması müşahidə olunur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv nəzarət tədbirlərini davam etdirir və xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək.

İnterpress.az