Milli Şuradan Siyavuş Novruzovun ittihamına cavab…backend

Milli Şuradan Siyavuş Novruzovun ittihamına cavab…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xatırladır ki, millət vəkili Siyavuş Novruzov Ermənistandan sığınacaq alan Şahin Mirzəyevin Milli Şuranın üzvü olduğunu bildirib, satqınlara qarşı mübarizə aparmağın vacibliyinə diqqət çəkib.

Moderator.az-a açıqlama verən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev Ş.Mirzəyevin Milli Şura üzvü olması ilə bağlı səsləndirilən fikirlərin əsasssız olduğunu vurğulayıb:

“S.Novruzov yenə öz ampluasındadır. Təmsil etdiyi hakimiyyətin yürütdüyü xalqa zidd siyasətə, sosial-iqtisadi tənəzzülə, bu siyasətin ölkəni uçuruma aparmasına aydınlıq gətirmək əvəzinə ənənəvi olaraq Milli Şuranı hədəf seçir.
Milli Şuranın Ş.Mirzəyev adında üzvü olmayıb. Bizə üzvlüklə bağl bir belə müraciət də edilməyib. Təbii ki, biz Ş.Mirzəyevin Ermənistandan sığınacaq almasını təqdir etmirik. Lakin son illər ölkənin boşaldığı, xeyli sayda sadə vətəndaşın ölkəni tərk etdiyi bir həqiqətdir. Bunun başlıca səbəbi bu hakimiyyətin apardığı yarıtmaz siyasətdir. Bunun günahını Milli Şurada, cəmiyyətdə yox, hakimiyyətdə axtarmaq lazımdır”.

İnterpress.az