1 yaşlı körpə yanaraq öldübackend

1 yaşlı körpə yanaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan və 4 m2 sahədə lambirdən ibarət tavan yanıb.

Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunub.

Bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az