İlham Əliyev Serbiya Prezidentini təbrik etdibackend

İlham Əliyev Serbiya Prezidentini təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məktubda deyilir: \”Hörmətli cənab Prezident, Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına sülh və rifah diləyirəm\”.

İnterpress.az