İran vətəndaşından götürülən 29 min zəli göllərə buraxılıbbackend

İran vətəndaşından götürülən 29 min zəli göllərə buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu zəlilər ötən ay İran vətəndaşı Zahidi Qulamrza Əbülfəz tərəfindən qaçaq yolla ölkədən çıxarılarkən Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan araşdırmalar zamanı zəlilərin müvafiq qurumlardan heç bir icazə olmadan Masallı rayonunun ərazisindəki müxtəlif göllərdən toplanıldığı və satışının təşkili üçün başqa ölkəyə aparıldığı məlum olub. İran vətəndaşından aşkarlanan zəlilərin bioloji mühafizəsinin təmin edilməsi üçün onlar AMEA-nın və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən birgə olaraq bu gün Zoologiya İnstitutunun balansında olan Mingəçevir şəhərindəki süni göllərə buraxılıb. Zəlilərin bir müddət burada qaldıqdan sonra yenidən təbiətə buraxılacağı bildirilir. (apa)

İnterpress.az