Ermənistana qaçan xainlə bağlı yeni faktlarbackend

Ermənistana qaçan xainlə bağlı yeni faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandan “müvəqqəti” sığınacaq alan Şahin Mirzəyev ətrafında gedən müzakirələr səngimək bilmir. Qeyd edək ki, Ş.Mirzəyev təkcə kənar şəxslər tərəfindən qınanmır, yaxınları da onu atdığı addıma görə qınayırlar.

Onunla bağlı gedən müzakirələrdən biri də müxalifət düşərgəsində olması olub. Keçmişdə Müsavat Partiyasının üzvü olduğunu artıq hər kəs bilir. Lakin onun nə zaman Müsavatdan ayrılması ilə bağlı təzadlı fikirlər dolaşır. 2012-ci ildə onun partiyadan xaric olunduğu deyilsə də, sonradan bunun doğru olmadığı üzə çıxıb. Ş. Mirzəyevin 2013-cü ildə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqlərində Müsavat bayrağı ilə çəkdirdiyi fotolardan, eləcə də 2014-cü ildəki partiya qurultayından sonrakı fəaliyyətindən aydın olur ki, o, son zamanlara qədər partiyada təmsil olunub.

Ermənistana qaçan xainlə bağlı yeni faktlar

Xainin Müsavat qurultayından sonra ADR üzvü olması ilə bağlı iddialar meydana çıxıb. Qurumun funksioneri Ellada Məmmədli səslənən iddiaları təkzib etdi: “O bizim üzvümüz olmayıb. Müsavata üzv olmuşdu. Partiya ilə problemləri yarandı. Sonradan Gülağa Aslanlı və Sevinc Hüseynova onu Müsavat Məclisinə üzv etdilər. Bu hadisə 2015-ci ildə olub. Qurultaydan sonra ona vəzifə söz vermişdilər, amma heç bir vəzifədə olmadı və partiya rəhbərliyini tənqid edirdi. Məclis üzvü olandan sonra susdu”.

Ermənistana qaçan xainlə bağlı yeni faktlar

Politoloq Qabil Hüseynli talışların azərbaycançılığa daim bağlı olduqlarını söylədi: “Talışlar barədə belə fikirlər səsləndirənlər düşmən dəyirmanına su tökürlər. Gözümüzün önündə talışlarla azərbaycanlıların qarışıq nikahları və iç-içə yaşamalarının çox gözəl nümunələri var. Mənə elə gəlir ki, ölkəmizdə Azərbaycan türkü ilə talışlar qədər yaxın olan ikinci bir etnik qrup yoxdur. Milli qəhrəmanlarımızın içərisində çoxsaylı talışlar var. Hazırda ordumuzun içərisində kifayət qədər zabit, hətta general olan talış var. Talış xalqı ilə Azərbaycan türkünü bir-birindən ayırmaq mümkün deyil. Bizi çox şey birləşdirir. Talışlar Azərbaycan xalqının ayrılmaz bir hissəsidir. Kimlərsə bu birliyi pozmaq üçün bəzi fikirlər səsləndirirsə, demək, zərərli bir həşəratdır. Onların üzərinə cəsarətlə getmək lazımdır. Bir şeyi nəzərə almaq lazımdır ki, talış xalqı Azərbaycanda idarəçilikdə təmsil olunur. Milli azlıqların içərisində hökumətdə ən çox təmsil olunan talışlardır. Talışlar cənub bölgəsində türklərlə, eləcə də digər bölgələrdə də eyni şəkildə yaşayırlar. Bu xalqların birliyi tarixin sınaqlarından keçib. Bu sınaqlar bizi daha da birləşdirir. Heç nədən bir şəxsin üzünü çevirib Ermənistana getməsinin talış xalqına heç bir aidiyyəti yoxdur. Bir il əvvəl də Azərbaycan türkü Ermənistana getmişdi. Belə dönüklər türkün də, başqa millətlərin də içərisindən çıxa bilər. Buna görə bu məsələni şişirtməyə gərək yoxdur. Bizim bu məsələlərdə konkret bir etnosun ünvanına nəsə deməyə haqqımız yoxdur. Mənim özümün talış xalqı ilə qohumluq əlaqəm var və bununla fəxr edirəm. Ermənilərdən bizə tərəf keçənlər o kəslərdir ki, bölgədə sülh istəyirlər. Öz rejimlərinin yeritdiyi siyasətdən narazıdırlar. Xocalı soyqırımını lənətləyirlər, abidə önünə əklil qoyub, baş əyirlər. Bu böyük insanlıq nümunəsidir. Erməni olanda nə olar ki. Hər iki xalq arasında həqiqi dostluğu istəyən insanlardır”.

Ermənistana qaçan xainlə bağlı yeni faktlar

Hüquq müdafiəçisi Novella Cəfəroğlu ermənilər tərəfə keçən bir insanın ləyaqət hissinin olmadığını bildirdi: “Bura gələnlər başa düşürlər ki, Ermənistan təcavüzkar ölkədir. Ona görə Xocalı abidəsinin qarşısında baş əyirlər. Bəs bizdən gedənlər nəyin qarşısında baş əyəcəklər? Bu davamlı ola bilməz. Amma Ermənistandan bizə gələnlər lap çox olacaq. Çox erməni bunu istəyir. Burada milliyyəti qatmayaq. O qədər talış Qarabağ müharibəsində can verib ki. Talışların da, azərbaycanlıların da içərisindən belə biqeyrətlər çıxır”.

İnterpress.az