Alzeymerdən qorunmağın yeni üsulubackend

Alzeymerdən qorunmağın yeni üsulu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Amerikanın tibb jurnalı olan \”PNAS”da yayımlanan araşdırma İtaliyanın şimalında, Avstriya sərhədindəki Alto Adige bölgəsində yaşayan və həm alman, həm də italyanca danışan bir qrup təcrübəçi ilə,bir dildə danışan təcrübəçilərin qarşılaşdırılması yolu ilə edilib.

85 təcrübəçidən 45-i iki dildə, 40-ı isə bir dildə danışıb. Bu təcrübəçilərin beyinlərindəki sinir bağlantıları və hüceyrələrin fəaliyyəti FDG və PET göstərmə üsulları ilə araşdırılıb. İki dildə danışan qrupun bir dildə danışanlara nisbətdə əsəblərini daha yaxşı qoruduğu məlum olub. İki dildə danışanların beyinlərindəki bəzi həssas bölgələr arasında daha çox funksional bağlantı olduğu dəqiqləşdirilib.

Tədqiqatçılar bunun səbəbi kimi iki dildə danışmaq və bu dillər arasında keçid etmənin təsirli olduğunu ifadə edib. İki dildə danışmağın alzeymerdən qoruyucu təsiri, bu dillərdən istifadənin sıxlığı ilə mütənasib olduğu da vurğulanıb.

Araşdırma qrupunun rəhbəri professor Daniela Perani bildirib ki, hər iki dil nə qədər uzun müddət istifadə olunarsa beyin üzərindəki təsiri o qədər artar: \”Məsələ iki dil bilmək deyil, ömür boyü sürətli və fəal olaraq hər iki dili istifadə etməkdir”.

Araşdırma nəticəsində alzeymerə qarşı mübarizədə çox dilliliyin təşviq edildiyi sosial proqramların dövrəyə çıxarılması ilə bağlı çağırış edilib.

İnterpress.az