Naftalanda silah-sursat tapıldıbackend

Naftalanda silah-sursat tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, Naftalan şəhər sakini Ərişad Sərdarov ŞPŞ-yə müraciət edərək fevralın 5-də mərhum atası Sahibin yaşadığı mənzildən silah-sursat tapdığını bildirib.

Naftalan ŞPŞ əməkdaşları tərəfindən həmin evə baxış keçirilib və oradan 137 ədəd patron, \”AK-SU\” markalı avtomat silah, 4 ədəd \”F-1\” markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı, süngü-bıçaq, penal və 4 ədəd patron darağı aşkar edilərək götürülüb.

İnterpress.az