Yol polisini söyən 3 sürücü həbs olundubackend

Yol polisini söyən 3 sürücü həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az avtosfer.az-a istinadən xəbər verir ki, fevralın 8-də “Jeep Grand Cherokee” markalı, 90 GJ 011 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Həsənov Elçin Səracəddin oğlu Səməd Vurğun küçəsi ilə Y.V.Çəmənzəminli küçəsinin kəsişməsində yol hərəkəti qaydalarını kobud həkildə pozduğu üçün yol polisi əməkdaşları “saxla” işarəsi verib.

Lakin sürücü polisə tabe olmayaraq qaçmağa çalışıb. Bir qədər sonra DYP əməkdaşları onu saxlaya biliblər. Bu zaman sürücü polislərə müqavimət göstərərək onları təhqir edib, nalayiq söyüşlər söyüb. Bununla bağlı toplanmış materiallar Nərimanov rayon Məhkəməsinə göndərilib. Məhkəmə qərarı ilə sürücü Elçin Həsənov 10 gün inzibati həbs cəzasına məhkum edilib.

Fevralın 12-də isə “Tofaş” markalı, 10 FF 666 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 40 yaşlı Mustafayev Ramin Qılman oğlu 20 Yanvar dairəsində yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib. DYP əməkdaşları tərəfindən saxlanılan sürücü onlara müqavimət göstərib və ağır söyüşləri ilə təhqir edib. Qaçmağa çalışan sürücü yol polisləri tərəfindən saxlanılıb və toplanmış materiallar aidiyyatı üzrə Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Ramin Mustafayev 13 gün müddətinə inzibati qaydada həbs olunub.

Fevralın 14-də isə “Mitsubishi” markalı, 10 PK 902 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 28 yaşlı Zeynalov Nəsir Melyalı oğlu Yusif Səfərov küçəsində qayda pozaraq qaçmağa çalışıb. Yol polisini tələbini yerinə yetirməyən sürücü az sonra tutulub. O, xidməti vəzifəsini yerinə yetirən yol polisi əməkdaşlarına müqavimət göstərərək onları təhqir edib. Toplanmış materiallar əsasında Xətai rayon Məhkəməsi Nəsir Zeynalova 10 gün inzibati həbs cəzası verib.

Onların hər üçü hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində cəza çəkir.

Yol polisini söyən 3 sürücü həbs olundu

İnterpress.az