Dönərxanada partlayış baş verib – VİDEObackend

Dönərxanada partlayış baş verib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB Kəpəz xəbər verir ki, hadisə Nizami prospekti 183 D ünvanında yerləşən dönərxanada qeydə alınıb.

Dönər hazırlamaq üçün istifadə olunan qurğuda qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə obyektin işçisi – 36 yaşlı Azər Qarayev yüngül bədən xəsarətləri alıb, müştərilər isə təxliyə olunub.

Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.

İnterpress.az