İlham Əliyevdən Belarusla bağlı mühüm fərmanbackend

İlham Əliyevdən Belarusla bağlı mühüm fərman

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Dövlət başçısı Dövlət Gömrük Komitəsinə Protokolun müddəalarının həyata keçirilməsini təmin etməyi, Xarici İşlər Nazirliyi isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus hökumətinə bildiriş göndərməyi tapşırıb.

Qeyd edilib ki, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarus Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol 2016-cı il noyabrın 28-də Bakıda imzalanıb.

İnterpress.az