Səməd Seyidovdan Jirinovskiyə cavabbackend

Səməd Seyidovdan Jirinovskiyə cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın beynəlxalq birlikdə qazandığı nüfuzun bəzi antiazərbaycan dairələrində həzm edilmədiyini dilə gətirən komitə sədri çıxışında deyib:

“Yeri gəlmişkən, mən bir şəxsi “təşəbbüs”ə də diqqətinizi cəlb etmək istəyirəm. Söhbət cənab Jirinovskinin Rusiya telekanallarının birində çıxış edərək, Azərbaycan ilə Ermənistanı quberniyaya çevirərək, yenidən Rusiyaya birləşdirmək iddialarından gedir. Əslində, bu sözlərə fikir vermək bəlkə də düzgün deyil. Ancaq Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində mən bunu etməyə bilmərəm. “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Ümummilli lider Heydər Əliyevin bu kəlamı azərbaycanlı olaraq bizim hamımızın şüurunun ən alt qatlarına yazılıb.

Bu, şüar deyil. Bu, bizim qan yaddaşımızdır. Bu, bizim Qanlı Yanvarımızdır. Bu, bizim Xocalımızdır, Qarabağımızdır, şəhidlərimizdir. Bizim Mübariz İbrahimovumuz, Çingiz Qurbanovumuzdur. O ki qaldı, kimin quberniya olmaq məsələsinə, əslində, Yerevan bu statusa tam uyğun gəlir, lakin Rusiyanın yox, Azərbaycanın quberniyası. Ermənistan qondarma bir dövlətdir. Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb və orada əhalinin həmişə 95 faizi azərbaycanlı olub. Ona görə də Yerevanın rəhbərliyi istəyirsə, qoy, Azərbaycanın ayrılmaz tərkib hissəsi olsun.

Deputat çıxışını bu sözlərlə bitirib: “Vurğunu olduğum Puşkin demişkən, azadlıqdan məhrum olan, imperiya ruhunun iyrəncliyini anlaya bilməyən adam bədbəxtdir. Qanlı Yanvar, Xocalı, şəhidlər – bu, azadlıq yoludur. Nə Jirinovski, nə də başqaları bu azadlığı əlimizdən ala bilməzlər”.

İnterpress.az