Qiymətlər dövlət tərəfindən tənzimlənirbackend

Qiymətlər dövlət tərəfindən tənzimlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Tarif (Qiymət) Şurasının katibi İlkin Məcidov dövlət qeydiyyatına alınmış dərman vəsaitlərinin qiymətlərinin tənzimlənməsi barədə keçirilən tədbirdə deyib.

İ.Məcidov bildirib ki, dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir: “Digər məhsullardan fərqli olaraq, vətəndaşlar dərman vasitələri haqqında məlumata malik deyillər, həkimlər yazdıqları dərmanları almaq məcburiyyətindədirlər və qiymət sərbəst buraxıldığı halda süni istifadəyə yol verilir, qiymətlərin süni artırılmasına səbəb olur”.

İ.Məcidov vurğulayıb ki, Azərbaycanda dövlət tərəfindən dərman qiymətləri tənzimləndikdən sonra qiymətlərin aşağı düşməsi müşahidə edilir: “Dərman qiymətlərinin tənzimlənməsinin məqsədi iqtisadi səbəb olmadan dərman qiymətinin qaldırılmasının, dərman qiymətləri ilə bağlı manipulyasiyanın qarşısının alınması, dərman bazarında şəffaflığın təmin edilməsi, bütün apteklərdə dərmanların eyni qiymətə satılması, vətənaşların dərman vəsaitlərinə xərclərin azalmasını təmin etməkdir.

Şura katibi əlavə edib ki, dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı Azərbaycanda tətbiq edilən metod “referans qiymət yanaşması” adlanır və beynəlxalq təcrübdə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur: “Tənzimləmə məqsədilə ən azı 5 istinad ölkəsi elan edilməlidir. Daha ədalətli və optimal qiymətin müəyyən edilməsi məqsədilə Azərbaycan 10 istinad ölkəsi müəyyən edib”. ( trend.az )

İnterpress.az