“Görüşün təhlükəsiz İslam ölkəsində keçirilməsi məqsədəuyğun hesab edilib”backend

“Görüşün təhlükəsiz İslam ölkəsində keçirilməsi məqsədəuyğun hesab edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında politoloq Qabil Hüseynli bəyan edib. Onun fikrincə, Cozef Danford və Valeriy Gerasimov arasında baş tutan görüşdə əsas müzakirə mövzusu terrorizmlə mübarizədir.

“Ona görə də bu görüşün tam təhlükəsiz bir İslam ölkəsinin paytaxtında keçirilməsi məqsədəuyğun hesab edilib. Hər iki tərəfin də mövqeyi belədir. Bakı şəhəri son dövrlərdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Artıq beynəlxalq münasibətlərdə fəal rol oynayır.”

Qabil Hüseynlinin fikrincə, bu görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın terrorizmlə mübarizədə verdiyi töhfələrlə də bağlı ola bilər.

“Azərbaycan hərbçiləri “Taliban” terror qruplaşmasına qarşı müəyyən missiyanı yerinə yetirir. Bir sözlə, bütün göstəricilərinə görə Bakı şəhəri digər İslam ölkələrinin paytaxtarından daha üstün yerdə dayanır. Paytaxtımız daha təhlükəsizdir, stabillik var. Bölgədə terrorun yuva saldığı ölkələrə daha yaxındır. Coğrafi cəhətdən daha əlverişlidir. Bütün bu amillər həmin görüşün Bakıda keçirilməsinə səbəb olub. Güman edirəm ki, bu sonuncu tədbir olmayacaq.\”

İnterpress.az