Məcburi köçkünlərin işıq problemi – Məmur özbaşınalığı – VİDEObackend

Məcburi köçkünlərin işıq problemi – Məmur özbaşınalığı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2. aşağıdakı məzmunda 1-1-ci, 1-2-ci və 1-3-cü hissələr əlavə edilsin:

“1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.

Buna baxmayaraq Nizami rayonu, Mehdi Abbasov küçəsi 23 ünvanında məskunlaşan məcburi köçkünlərin mənzillərinə sayğac quraşdırılıb. Bu məmur özbaşınalığı təbii ki, məcburi köçkünlərin etirazına və hiddətinə səbəb olub.

İnterpress.az həmin bağçada müvəqqəti məskunlaşan məcburi köçkünlərin etirazına səbəb olan bu hadisədən hazırlanmış videogörüntünü təqdim edir:

İnterpress.azhttps://youtube.com/watch?v=dBMe8zgjAEk