Milli Məclis rəhbərliyi baş redaktorlarla görüş keçirirbackend

Milli Məclis rəhbərliyi baş redaktorlarla görüş keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin (MM) sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova MM-də KİV rəhbərləri ilə görüşündə deyib.

B.Muradova bildirib ki, Azərbaycan mətbuatı yarandığı gündən indiyə qədər şərəfli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb: “Həm dövlətimizin yaranması, müstəqilliyini itirməsi, sonra yenidən bərpa etməsi, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər daim mətbuatda öz əksini tapıb”.

O qeyd ki, bu gün Azərbaycan mətbuatı daim dövlətin diqqətindədir: “Azərbaycan inkişaf edən bir ölkədir, müstəqillik qazandığı müddət ərzində bir çox naliyyətlər əldə edib və bu naliyyətlərdən bir qismi də mətbuatla bağlıdır. Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Yenidən müstəqillik qazandıqdan sonra da mətbuat üzləşdiyi çətinlikləri ləyaqətlə dəf edib və demokratik cəmiyyətin yaranmasında özünəməxsus rol oynayıb. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev mətbuatın fəaliyyəti üçün daim lazımi addımlar atıb və mətbuat bugünkü inkişaf səviyyəsinə çatıb. Biz parlament olaraq mətbuatın işinə çox böyük önəm veririk. Milli Məclisin fəaliyyəti hər zaman mətbuatın gözü qarşısındadır. Hakimyətin qanadlarından biri kimi parlamentin fəaliyyətinin işıqlandırılmasında da mühüm rol oynayıb”.

Qeyd edək ki, görüşdə B.Muradova ilə yanaşı MM Aparatının rəhbəri Səfa Mirzəyev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının üzvü Əflatun Amaşov, habelə, ölkənin aparıcı KİV-lərinin baş redaktorları iştirak edir.

İnterpress.az