“Deputat heç kimi təhqir edə bilməz”backend

“Deputat heç kimi təhqir edə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bu gün parlamentdə media rəhbərləri ilə keçirilən görüş zamanı bildirib.

S.Mirzəyev deyib ki, belə olan hallarda deputata qarşı daxili intizam tədbirləri görülə bilər:

“Lakin cəmiyyətdə müzakirə olunan məsələ barədə deputat fərqli fikir deyirsə və bununla razı deyiləmsə dostcasına ona yaxınlaşıb fikir bildirmək olar. İndi Azərbaycanda informasiya qıtlığı var. Ancaq bu onunla bağlı deyil ki, kimsə hansısa informasiyanı gizlədir. Azərbaycan balaca ölkə olduğundan burada hər gün sensasion hadisələr baş vermir. Ona görə də bəzi mətbuat orqanları çox vaxt marağı artırmaq üçün ABŞ-ın yeni prezidenti Donald Trampın sevimli sözü olan “feyklər” yazaraq ictimaiyyətə buraxır. Əslində, bizdə ciddi, əsaslı informasiya hazırlayan elektron mətbuatı o qədər də çox deyil. Burada fikirlər səsləndirildi ki, kimsə 10 sayt açır. Kiminsə çox sayt açması elə də önəmli deyil. Əsas saytın dolğun və dəqiq xəbərlərinin diqqət çəkməsi və oxunmasıdır”.

Aparat rəhbəri qeyd edib ki, Milli Məclisdə baş verənlər qurumun saytında dərc olunur:

“Ona görə də, KİV-dən xahişimiz ondan ibarətdir ki, hansısa məsələ barədə fikir bildirəndə bizim ekspertlərlə məsləhətləşəsiniz. Çünki hərdən müzakirə olunan qanun layihəsi barədə elə söhbətlər gedir ki, bunun həmin layihə ilə heç bir əlaqəsi olmur”.

S.Mirzəyev söyləyib ki, Milli Məclisin rəhbərliyi və Aparatı media ilə dostluq etmək niyyətindədir:

“Qəzetdə, saytda, televiziyada deyilən fikirlərdən incimək lazım deyil. Hərdən insanların hissiyatına toxunan xəbərlər olanda bunu araşdırmaq lazımdır”.

İnterpress.az