“Biz buna da cəsarət etdik”- Sona Vəliyevabackend

“Biz buna da cəsarət etdik”- Sona Vəliyeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərasimdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirov, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və başqaları iştirak edirdi.

Millət vəkili Əflatum Amaşov gələn qonaqları salamlayaraq tədbirin 3 hissədən ibarət olduğunu dedi: “Bu gün mərasimdə “Kaspi”-Maarifçilik meydanı” adlı kitabla yanaşı, həm də “Artkaspi.az” saytı da tədim olunacaq. Bundan əlavə, “Kaspi” qəzetinin yarandığı gündən etibarən əldə olunan arxivi Azərbaycan Milli Kitabxanasına veriləcək”-deyə bildirdi.

Bundan sonra deputat sözü \”Kaspi\” qəzetininin təsisçisi Sona Vəliyevaya verdi. Sona Vəliyeva rəhbərlik etdiyi “Kaspi” qəzeti və müəllifi olduğu ““Kaspi”-Maarifçilik meydanı” kitabı haqqında ətraflı məlumat verdi:

“Tədbirdə müzakirə olunacaq hər üç məsələ Azərbaycan ziyalılarının gələcək inkişafında mühüm rol oyanayan məsələlərdir. Kitabda toplanmış materiallar “Kaspi” qəzetinin xüsusi buraxılışında yer alan mövzulardır. İstər Həsən bəy Zərdabi, istər Əlimərdanbəy Topçubaşov, istərsə də Zeynalabdin Tağıyev. Baxıram ki, Zeynalabdin Tağıyevin maarifçilər siyahısına salınmasına təəccüblələnlər oldu. Biz buna da cəsarət etdik. Biz həmin şəxslər haqqında məlumatları böyük sevgi ilə ədəbiyyat səhifəsində yerləşdirdik. Tarixi şəxsiyyətlər haqqında, ilk öncə, Prezidentin sərəncamı var. İlk öncə, burada bu məqam öz əksini tapdı. Bundan əlavə, ekspert rəyləri də xüsusi buraxılışda əks olunub. Düşündük, bu qədər faktlar və materiallar bir qəzetin səhifəsinə sığa bilməz. Odur ki, bütün bunları kitab halına gətirmək qərarını verdik. Kitab böyük bir xəzinədir. Bizim “Kaspi” Təhsil Şirkəti ilə “Kaspi” qəzetinin birgə layihəsidir. Biz bu kitabı ərsəyə gətirdik. Düşünürəm ki, kitabda yer alan tarixi şəxsiyyətlər haqqında olan materialların bir yerdə toplanmasına bunların haqqı vardı. Onlar sıradan maarifçilər deyillər. Onlar maarifçilik ideyasını ortaya atan, maarifçilikdən çıxış edərək sonradan milli şüurun və milli azadlıq hərəkatının formalaşmasında, cümhuriyyət dövrünün qurulmasına kimi gəlib çıxan cəsarətli bir yol keçən şəxsiyyətlərdir. Ruhları şad olsun. Bu şəxslərin haqqında minlərlə kitab yazılsa belə, azdır. Bütün bunların əsasında ulu öndər Heydər Əliyevin zəhməti danılmazdır. 1993-cü ildə hakimiyyətə gələndə sonra bu şəxslərin mühacir yaşadığı ölkələrin Azərbaycanda fəaliyyət göstərdiyi səfirliklərə onların arxivini toplamağı və onların Azərbaycana gətirilməsini tapşırıq kimi verdi. Sonra ölkə Prezidenti İlham Əliyev bu şəxslər haqqında sərəncamlar imzaladı. Hər bir kitabın yazılmasının məqsədi var. Əsas məqsədimiz tarixi şəxsiyyətlərin fəaliyyətlərinə bir də nəzər salmaq və gələcək nəsilə onlar haqqında az da olsa mənbə qoymaqdır.”

Sonra Sona Vəliyeva “Kaspi” qəzetinin bu günə kimi olan arxivini Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirova təqdim etdi.

Sonda “Artkaspi.az” saytının gələcək fəaliyyəti ilə bağlı qonaqlara məlumat verildi.

İnterpress.az