İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi ilə görüşdübackend

İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycan ilə müəyyən sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulandı. Dünyada mürəkkəb proseslərin baş verdiyi bir dövrdə kibertəhlükəsizliyin təmin olunmasının ikitərəfli əməkdaşlıqda mühüm yer tutduğu bildirildi.

Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyinin vurğulandığı söhbət zamanı xüsusilə sənaye və digər sahələrdəki proseslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlərin görülməsi ətrafında fikir mübadiləsi aparıldı.

İnterpress.az