Qadın birgə yaşadığı kişiyə ayrılacağını dedi, qanına qəltan edildibackend

Qadın birgə yaşadığı kişiyə ayrılacağını dedi, qanına qəltan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ər-arvad arasında mübahisə yaranarkən, adətən, cütlüklərdən biri ayrılacağını bəyan edir. Əslində, bu, kişi və qadın arasında işlənə biləcək ən incik salan ifadədir. Əgər mübahisə zamanı tərəflərdən biri tez-tez ayrılacağını deyirsə, bir müddət sonra bu, əksər hallarda reallaşır. Bəzən isə hətta qanlı sonluqla nəticələnir.

İnterpress.az-ın məlumatına görə, prosesə hakim Rauf Əliyev sədrlik edib.

İstintaq yolu ilə müəyyən edilib ki, R.Əliyev ötən ilin may ayının 18-də gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 128 ünvanında yerləşən avtobus dayanacağında qeyri-rəsmi münasibətdə olduğu Bahar Məmmədova ilə mübahisə edib və bıçaqla qadına zərbə endirdikdən sonra hadisə yerindən uzaqlaşıb. Yaralı dayanacaqdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

R.Əliyev barəsində həbs-qətimkan tədbiri seçilib. Törətdiyi cinayət əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Rüfət Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində hadisə baş verən gün ofisiant işlədiyi çayxanada olduğunu göstərib: “Baharla iki ildir ki, bir yerdə yaşayırdıq. Həmişə olduğu kimi, işdən sonra bir yerdə evə getmək üçün Bahar yanıma gəldi. Sərxoş olduğumu görüncə, mənə iradını bildirdi, təhqir etdi və mobil telefonu götürüb getdi. Onun bu hərəkətindən o qədər əsəbləşdim ki, çayxananın mətbəxində limon doğramaq üçün istifadə etdiyim bıçağı götürüb Baharın arxasınca çıxdım”.

R.Əliyev dayanacaqda avtobus gözləyən Bahara çataraq onu təhqir etməsinin səbəbini soruşub. Qadının “yaxşı eləyirəm” deməsi içkili vəziyyətdə olan Rüfəti daha da əsəbləşdirib və bıçaqla Baharın sinəsinə zərbə endirib: “Onu vurandan sonra bıçağı yolun kənarına atıb getdim. Polisə təslim olmağı, baş vermiş hadisə ilə bağlı məlumat verməyi qərara almışdım. Lakin yaxınlıqda yerləşən sahə məntəqəsi bağlı olduğundan bunu etmədim. Yenidən Baharı vurduğum dayanacağa qayıtsam da, onu orada tapmadım”.

Zərərçəkmiş şəxs qismində dindirilən Bahar Məmmədova ifadəsində Ayna Sultanova heykəlinin yaxınlığındakı kafelərdən birində qabyuyan işlədiyini, hər gün işdən çıxandan sonra “Neftçi bazası”nda çayxanada işləyən Rüfətlə görüşüb bir yerdə evə getdiklərini göstərib: “Rüfətin işlədiyi çayxanaya gələndə içkili olduğunu görüb mübahisə etdim. Rüfətin işlətdiyi, mənə məxsus olan telefonu götürüb avtobus dayanacağına getdim. Rüfət arxamca gəldikdə aramızda yenə də mübahisə yarandı. Dedim ki, spirtli içki içəcəyi təqdirdə ondan ayrılacağam. Bu zaman Rüfət bıçaqla qəflətən məni vurdu. Tanımadığım insanlar məni xəstəxanaya apardılar”.

Zərərçəkmiş hazırda Rüfətlə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını məhkəməyə bildirib.

Məhkəmənin hökmü ilə Rüfət Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. (virtualaz.org)

İnterpress.az