Ətli girsbackend

Ətli girs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 kq un
2 ədəd yumurta
500 qr mal əti
2 ədəd baş soğan
Alça turşusu
2 diş sarımsaq
½ üzüm sirkəsi
İlıq su
Duz, istiot

Hazırlanması:

Mal əti və baş soğan ətçəkən maşından keçirilir.
Farşa duz, istiot səpilib qarışdırılır.
Unun üzərinə duz, yumurta vəsu (aparanacan)əlavə edilib çox bərk olmayan xəmir yoğrulur.
Xəmir oxlovla yayılır.
Yayılmış xəmirdən stəkanla yumru dairələr kəsilir.
Hər dairənin üstünə içlik qoyulub kənarları (şəkərbura kənarı kimi) bükülür.
Suya duz tökülüb qaynadılır.
Girslər suda bişirilir, süzülüb qaba yerləşdirilir.
Üzərinə sumax səpilib alça turşusu vəəzilmişsirkəli sarımsaqla servis edilir.

Ətli girs

İnterpress.az