Göz ətrafı kremi özünüz hazırlayınbackend

Göz ətrafı kremi özünüz hazırlayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göz ətrafı kremi özünüz hazırlayın:

Diqqət etməli olduğunuz iki məqam var:

1. Göz ətrafına həftədə 3 gün bu kremi sürtmək. Her gün çəksəniz yağ qabarcıqları yarana bilər.

2. Kremi göz cizgilərinin əksi istiqamətdə xəfif masaj edərək sürtmək.

Avokado yağı

Avokado yağı E vitamini ehtiva edir. E vitamini hüceyrə yeniləyici xüsusiyyəti ilə dərini təzələyir, nazik cizgiləri yox edir, bilinən qırışları azaldır, yenilərin yaranmasını gecikdirir.

Üzüm tumu yağı

İnsanların çoxu yuxusuzluqdan və yorğunluqdan dolayı göz altı qaralmalardan əziyyət çəkir. Üzüm tumu yağı güclü bir antioksidandır. Tərkibindəki E vitamin ilə qırışıları açır, gözaltı qaralmaları yox edir.

Qatı Hindistan qozu yağı

1 desert qaşığı qatı Hindistan qozu yağını şüşə qaba qoyun. Bu qabı içində isti su olan bir qəhvə bişirən qabın üzərinə oturdun. Taxta qaşıq, ya da çubuqla qarışdıraraq əridin. Bu yağı göz ətrafınıza sürün. Yumayın. Göz makyajınızı Hindistan qozu yağı ilə təmizləyə bilərsiniz.

E vitamini yağı

E vitamini dərini nəmləndirir, yeniləyir, bu xüsusiyyəti ilə qırışları yox edir. E vitamini kapsullarını qıraraq digər göz ətrafı kreminizə əlavə edə bilərsiniz.

İnterpress.az