İğdır-Naxçıvan yolunda ağır qəza: 6 ölü, 20 yaralıbackend

İğdır-Naxçıvan yolunda ağır qəza: 6 ölü, 20 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Türkiyənin Azərbaycanla yeganə gömrük qapısı olan Dilucu sərhəd keçid məntəqəsinin yaxınlığında baş verib. Qəza nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını və jandarm sövq edilib. İğdır Valisi Əhməd Turgay Qəhrəman hadisə yerinə gəlib.

Hazırda qəza nəticəsində nəqliyyat vasitələrində sıxılıb qalan yaralıların azad olunması istiqamətində işlər aparılır. Qəzaya səbəb yolun dumanlı olması göstərilir.

Ölən və yaralılar arasında azərbaycanlıların olub-olmaması araşdırılır.

İnterpress.az