XİN: İqdırda qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb – VİDEObackend

XİN: İqdırda qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə iki sərnişin avtobusunun toqquşması nəticəsində 5 azərbaycanlı ölüb.

Bunu “Report”un Türkiyə bürosunun əməkdaşına açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib: “İğdırdakı qəzada ölən 8 nəfərdən 5-i Azərbaycan vətəndaşıdır”.

O qeyd edib ki, qəzada ümumilikdə 28 nəfər xəsarət alıb: “Qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb. Yaralılar İğdır dövlət xəstəxanasına yerləşdirilib”.

***

Bu barədə APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü bildirib: “Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.


Katliam Gibi Kaza! Iğdır'da İki Otobüs Çarpıştı... by haberler
İnterpress.az