“Pullarını xarici banklarda saxlamaq istəyirlər”backend

“Pullarını xarici banklarda saxlamaq istəyirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri BakiPost.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov saytımızda yayımlanan Online ödənişlərdəki ƏDV qərarı fiaskoya uğradı -İş adamları dollarları ölkədən necə çıxarır? başlıqlı yazıda qeyd olunan məsələni şərh edərkən deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparılır: \”Online ödənişlərə əlavə dəyər vergisinin tətbiq edilməsi məsələsi müzakirə obyekti olub. Bu barədə qərarlar qəbul edilib. Amma məndə də belə məlumat var ki, sahibkarlar öz vəsaitlərini başqa yolla ölkədən çıxararaq, başqa banklarda saxlamaq istəyirlər. Amma qanun qanundur. Məsələni qanun çərcivəsində həll eləmək lazımdır. Hər halda axtarıb, bundan da çıxış yolu tapılacaq”.

Vahid Əhmədov qeyd edib ki, problemin müzakirə olunması mümkündür: \”Bu məsələnin Milli Məclisdə müzakirə olunmasına ehtiyac yoxdur. Ola bilər ki, bizim öz aramızda müzakirə olunsun”.

İnterpress.az