“Geyəm, həbsdə kişilərin arasında qalmaq çətindir”backend

“Geyəm, həbsdə kişilərin arasında qalmaq çətindir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda ölkəsinə göndərilməsini istəyən S.Yıldız məhkəmədən xahiş edib: \”Mən geyəm. Bakıda həbsxanada, kişilərin arasında qalmaq çox çətindir. Öz ölkəmə getmək istəyirəm. Anam da xəstədir. Azərbaycanda olmaq mənə hər baxımdan pisdir\”.

Məhkəmə Suat Yıldızın öz ölkəsinə ekstradisiya edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, S. Yıldız Azərbaycanda Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az