Fazil Mustafadan AZAL haqqında müdhiş iddiabackend

Fazil Mustafadan AZAL haqqında müdhiş iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Fazil Mustafa övladını təyyarə ilə yola salarkən qəribə hadisə ilə üzləşib. F.Mustafa bu barədə sosial şəbəkədə yazıb:

\”Bu gün sübh tezdən Heydər Əliyev adına Hava Limanında oğlumu Macarıstana yola salmağa getmişdim. \”WizzAir\” şirkətinin təyyarəsi ilə uçurdu. Bileti 18 gün öncə almışdım və sərnişinin oturacaq yeri də dəqiq təyin olunmuşdu. Baqajı təhvil verərkən məlum oldu ki, onlayn qaydada qeydiyyatdan keçməmişik. Bildirdim ki, əlimizdə bilet və dəqiq oturacaq yeri olduğu halda niyə qeydiyyatdan keçməliyik və bu barədə bilet alarkən nə üçün xəbərdarlıq edilməyib? Şirkətin təmsilçisi Elnarə adlı bir xanım cavab verdi ki, bu qaydanı onların şirkəti müəyyən edib və 30 avro məbləğində cərimə ödənilməlidir. Bunun yanlış olduğunu və müştəridən əsassız vəsait almaq məqsədi güddüyünü söylədikdə, xanım işçi xoşunuz gəlmirsə, onların təyyarəsində uçmamağı dedi. Hər şeyi bir tərəfə qoydum, daha çox xanımın işlədiyi şirkətin imicinə nə qədər zərbə vurduğunu bir anlığa düşündüm. Adətən Türk Hava Yollarında, eləcə də bizim AZAL-da hər dəfə bu sözlər yaddaşımda qalır: \”Bizimlə uçduğunuza görə təşəkkür edirik\”. Bu xanım isə sərnişinə kobud formada deyir ki, \”xoşunuz gəlmirsə, uçmayın!\” Pulu ödəyib uşağı yola saldım, ancaq bu məsləni araşdırmağa çalışacağam, çünki başqa insanlara qarşı da şirkətin bu cür addımlar atması mümkündür\”.

İnterpress.az