Bakıda polis bıçaqlandıbackend

Bakıda polis bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hadisə Nizami rayonunda baş verib.

Qara Qarayev prospekti 74 ünvanında 36 yaşlı Həsənquliyev Sərdar Ənvər oğlu qadının (hələlik adı açıqlanmır) əl çantasını zorla alıb qaçmaq istəyib. Qadının səsinə yaxınlıqda olan polis əməkdaşları gəlib. Polislər soyğunçuluq edən S.Həsənquliyevin arxası ilə qaçaraq onu tutublar. S.Həsənquliyev tutulan zaman bıçaqla əvvəlcə özünə xəsarət yetirib. Onun bu əməlinin qarşısını almaq istəyən polis əməkdaşının da əli kəsilib. S.Həsənquliyev xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri xəsarət alan polisə ilkin yardım göstəriblər.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Qeyd edək ki, S.Həsənquliyev əvvəllər məhkumluq həyatı yaşayıb. (report)

İnterpress.az