İŞİD-i məğlub etmək üçün Türkiyə ilə əməkdaşlıq edilməlidirbackend

İŞİD-i məğlub etmək üçün Türkiyə ilə əməkdaşlıq edilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Mak Keyn görüşdən sonra açıqlama verib. Senatorun açıqlamasına əsasən, İŞİD terror qruplaşmasını tez bir zamanda məhv etmək üçün ABŞ Türkiyə ilə əməkdaşlıq etməlidir.

Con Mak Keyn Senatın silahlı xidmətlər komitəsinin sədridir. Dünən axşam saatlarında Ankarada Türkiyənin prezidenti Ərdoğan tərəfindən qəbul edilib. Görüşdən sonra senator yazılı açıqlama verib. Mak Keyn prezidentlə xoş və məhsuldar görüş keçirdiyini bildirib. Ortaq demokratik dəyərlər əsasında türk-amerikan ittifaqını həmişə müdafiə etdiyini qeyd edən senator deyib: \”Avropa və Orta Şərqdə sabitliyin pozulduğu bir vaxtda bu ittifaq həmişəkindən daha vacibdir. ABŞ-dakı hakimiyyət dəyişikliyi Suriya siyasətinin yenidən gözdən keçirilməsi üçün vacib bir fürsətdir. ABŞ İŞİD-i məğlub etmək, bölgədə düşmənlərin mənfi təsirinin qarşısını almaq və qəbul edilən bir güc balansı qurmaq üçün Türkiyə ilə əməkdaşlıq etməlidir. Bu məqsədlə Türkiyə prezidenti Ərdoğan Suriyada təhlükəsiz ərazilərin yaradılması və Rakkanın terrorçulardan təmizlənməsi üçün bir təklif irəli sürüb. Bu təklif ABŞ tərəfindən ciddi qəbul edilməlidir\”.

Qeyd edək ki, Mak Keyn və Ərdoğan arasında görüş 1 saat 20 dəqiqə davam edib.

İnterpress.az