“Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəmələrdə cəzalarını alacaqlar”backend

“Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəmələrdə cəzalarını alacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov bu gün Qafqaz Müsəlmanları İdarəsində keçirilən “Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! “Xocalıya ədalət!”” adlı tədbirdə deyib.

O qeyd edib ki, Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi, soyqırımı tərədən cinayətkarların müəyyənləşdirilməsi yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra baş verdi:

“Biz gec-tez öz doğma yurdumuza qayıdacağıq və Xocalı soyqırımının qisası, intiqamı heç zaman yerdı qalmayacaq. Biz hər birimiz çalışmalıyıq ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işlər görək. Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər aparır”.

S.Novruzov bildirib ki, Xocalı soyqırımının qisasını almaq hər bir Azərbaycan vətəndaşının borcudur:

“Hesab edirəm ki, bu qisas qiyamətə qalmayacaq”.

İnterpress.az