“İlham Əliyev cəmiyyətin gözləntilərini rəsmiləşdirib”backend

“İlham Əliyev cəmiyyətin gözləntilərini rəsmiləşdirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a Milli Məclisin deputatı Zahid Oruc Prezident İlham Əliyevin Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin etməsi ilə bağlı sərəncamı şərh edərkən bildirib. Zahid Oruc qeyd edib ki, cəmiyyətin gözləntiləri bundan ibarət idi: “Referendumdan sonrakı aylarda medianın, ictimai diskusiyaların içərisində yer alan adların sırasında Mehriban xanın Əliyevanın adı öndəydi. Bu da yalnız həyat yoldaşı olması səbəbinə bağlı deyil. Birinci Ledilik İnstitutu Qərb idarəçilik sisteminin məhsuludur. Bu, əsasən, həmin ölkələrdə mövcuddur. Şərq dövlətlərində belə bir fenomen yoxdur və cəmiyyət ona ayrı nəzərlərlə yanaşır. Ulu öndərə qədərki dövrümüzdə bəlli səbəblərdən kiminsə geniş miqyasda, məhz dövlət başçısının xanımı olaraq, fəaliyyətinin şahidi olmamışdıq. Xüsusi ilə mədəni-humanitar sferada onun fəaliyyəti misilsiz və heç kəslə müqayisə oluna bilməz. Məktəblərin tikintisində, həmçinin, kimsəsizlərin himayə olunmasında, kütləvi şəkildə insanların sağlamılığı ilə bağlı problemlərin həllində bu işi kimsə görə bilməzdi. Üstəlik, ölkənin xarici məkanında yenə də qeyd etdiyimiz sferada işlər məhz Mehriban xanım Əliyevanın \”çiyinlərinə düşmüşdü.\” Əvvəlcə, Amerika-Azərbaycan, daha sonra Fransa-Azərbaycan və başqa ölkələr arasında Azərbaycan mədəni siyasətini geniş şəkildə həyata keçirdi. Ona görə də bu ad Azərbaycanın ictimai-mədəni həyatının ayrılmaz hissəsinə çevrildi.”

Zahid Orucun fikrincə, bu mənada İlham Əliyev cəmiyyətin gözləntilərini sadəcə rəsmiləşdirib: “Düşünürəm ki, Mehriban xanım Əliyevanın Ulu öndər Heydər Əliyevin ailəsində formalaşması amilini də xüsusi qeyd eləmək lazımdır. Yəni, həmin siyasi məktəbi keçən ən layiqli şəxslərdən biri Mehriban xanım Əliyevadır.”

Prezident İlham Əliyevin Birinci vitse-prezidenti təyin edilməsi ilə bağlı sərəcam imzalayıb. Sərəncama görə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.

İnterpress.az