İğdırda ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib – VİDEObackend

İğdırda ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Report”un Türkiyə bürosuna Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib.

Onun sözlərinə görə, bu gün onların meyiti ailələrinə təhvil verilərək Azərbaycana yola salınıb: \”Ümumilikdə qəza nəticəsində 8 nəfər ölüb, onlardan 5-i Türkiyə vətəndaşıdır. Ölənlərdən 3 nəfəri isə Səmayə Cəfərova, Süleyman Əliyev və Fərhad Fərhadlı Azərbaycan vətəndaşlarıdır\”.

Baş konsul deyib ki, hazırda iki yaralının vəziyyəti ağırdır: \”Artıq xəsarət alanların əksəriyyəti evlərinə buraxılıb. Hazırda xəstəxanada 16-17 yaralı müalicə edilir\”.

Xatırladaq ki, fevralın 20-də Türkiyədə iki sərnişin avtobusunun toqquşması nəticəsində 8 nəfər ölüb, 28 nəfər isə yaralanıb. Ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları da var.

İnterpress.az