“Mənə inanan insanların etimadını doğrultmağı bacaracağam”backend

“Mənə inanan insanların etimadını doğrultmağı bacaracağam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

Mehriban Əliyeva bildirib: \”Mənim fəaliyyətim haqqında dediyiniz sözlər, verdiyiniz qiymətlərə görə təşəkkürümü bildirirəm, belə bir qiymətə layiq olmaq böyük bir şərəfdir. Sadaladığınız hər bir uğurun, hər nailiyyətin arxasında sizin köməyiniz, sizin dəstəyiniz durur. Keçmiş illər ərzində sizin dövlətçilik idealarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradəylə, cəsarətlə qorumağınız, Azərbaycan xalqı ilə birliyiniz mənim və mənimlə çalışan bütün insanların fəaliyyətinini istiqamətləndirən bir nümunədir. Mən əminəm ki, vəzifəsindən asılı olmayaraq insan öz yolunu və peşəsini seçəndə hər hansı bir peşəsinə və əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub ona nail olmağa çalışmalıdır. Söz və işlərində birgə nümunə olmalıdır. Rəhbərlik etdiyim Heydər Əliyev fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik \”.

İnterpress.az