“Bəzi saytlarda ana dilinə divan tutulur”backend

“Bəzi saytlarda ana dilinə divan tutulur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Beynəlxalq Ana Dili günüdür.
Maraqlıdır, Azərbaycanda ana dilinə lazımi diqqət və ehtiram varmı? Ana dilimizin bu günkü səviyyəsi nə dərəcədə qənaətbəxşdir?
İnterpress.az xəbər verir ki, Moderator.az-a açıqlama verən məşhur media eksperti, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Ana dilinin inkişafı ilə bağlı verilən rəsmi sərəncamlar, sənədlər, qəbul edilən qərarların müqabilində ana dilinə onun daşıyıcılarının münasibət məni qane etmir. Azərbaycan cəmiyyətinin xeyli hissəsi ana dilinə biganədir. Xüsusilə də, bizim mediamız, televiziyamız, radiolarımızda ana dilinin qaydaları kobud şəkildə pozulur. Dil ictimai sferaya çıxanda nizamlanmış dilə çevrilir. Lakin yeni media platformasında, qeyri-peşəkar şəxslərin məşğul olduğu saytlarda ana dilinə divan tutulur. Məni qane etməyən budur.
Əlbəttə, dilin işləkliyi artıb. Yeni əlifbaya keçmişik. Azərbaycan dilində çox gözəl əsərlər yazılır. Yaxşı media nümunələri mövcuddur. Yaxşı televiziya aparıcılarımız var. Amma bunlar azlıq təşkil edir. Mən istərdim ki, dil daşıycıları daşıdıqları dili, onun ruhunu, bu dilin böyük bir xalqın dili olmasını hiss etsinlər. Əcdadlarımız qarşısındakı məsuliyyəti hiss etsinlər. Çünki məhz onlar bu dili bu günə qədər gətirib çıxardıblar. Biz bu dili qorumalıyıq. Təəssüf ki, bu gün bu yoxdur.
Corc Oruellin “1984” əsəri var. Orda bir epizod var. Deyir ki, dili elə qaydaya salın ki, dilin sərhədləri pozulsun. Dilin reallıqla əlaqələri itsin. Insanlar heç nə anlamasın.
Hərən bizim dilimizə sanki bilərəkdən belə hücumlar olur. Ana dilini olduqca əcaib şəklə salmaq cəhdlərində bulunurlar. Başqa dillərə sevgi az qala ana dilini üstələsin. Sanki ana dilinə bir sevgisizlik var. Məni narahat edən budur”.

İnterpress.az