Ramil Usubov Avropa Polis Konqresinin açılışına qatıldıbackend

Ramil Usubov Avropa Polis Konqresinin açılışına qatıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Almaniyadakı səfirliyindən verilən məlumata görə, daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan Avropa Polis Konqresinin builki mövzusu “Sərhədsiz Avropa? Azadlıq, mobillik və təhlükəsizlik” olub.
İki gün davam edəcək konfrans çərçivəsində keçirilən panellərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlər müzakirə olunacaq.
Hər il keçirilən konfransa müxtəlif ölkələrin daxili işlər nazirləri, Avropa İttifaqının nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri qatılırlar.
Avropa Polis Konqresinin Almaniyanın daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos tərəfindən edilmiş açılış mərasimində Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirak ediblər.

İnterpress.az