Devalvasiya 3-cü ilə qədəm qoydubackend

Devalvasiya 3-cü ilə qədəm qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki il əvvəl bu gün, fevralın 21-də milli valyuta kəskin devalvasiyaya uğrayıb, dollar 0,7844 manatdan 1,05 manata yüksəlib. Həmin il dekabrın 21-də Mərkəzi Bank qismən üzən məzənnəyə keçib, dolların rəsmi kursu 1 manat 55 qəpiyə yüksəlib və artan xətlə gedib.

2016-cı ildə dolların ən yüksək qiyməti 1,7707 manat olub. 2017-ci ilə bu qiymətlə başlayan dollar fevralın 2-nə qədər bahalaşıb, 1,92 manata çatıb. Fevralın 3-dən 16-na kimi milli valyuta bir qədər möhkəmlənib. Fevralın 17-də dollar yenidən bahalaşıb, 1,7296 manatdan 1,7352 manata yüksəlib.

İnterpress.az