Milyonlar xərclənən saraylar kimə gərəkdir?backend

Milyonlar xərclənən saraylar kimə gərəkdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda möhtəşəmliyi ilə əsl saraylara bənzəyən şadlıq saraylarına baxdıqca insan düşünür ki, bu imarətlərə çəkilən milyonlarla dollar vəsait istehsala yönəlsəydi bundan daha böyük gəlirlər əldə etmək olardı. Son 20 ildə tikilmiş yüzlərlə şadlıq saraylarının yerinə fabrik və müəssisələr açılmış olsaydı bundan həm dövlət büdcəsi faydalanar, həm də əhalinin məşğullluğu artardı.

İnterpress.az saytı mövzu ilə əlaqədar olaraq ekspert Əkrəm Həsənova müraciət etdi.

Milyonlar xərclənən saraylar kimə gərəkdir?

Bu sahədə yetərli məlumat və biliyə sahib olan Əkrəm Həsənov cavab olaraq bildirdi ki: Əgər həmin vəsaitlər fabrik və zavodların, ən azı kənd təsərrüfatı müəssisələrinin fəaliyyətinə sərf olunsaydı, ölkə iqtisadiyyatı üçün daha xeyirli olardı. Daha çox insan üçün daimi iş yeri olardı, istehsal etdiyimiz məhsulları hətta ixrac da edə bilərdik və ən azı daxili tələbatımızı təmin edərdik. Düzdür, həmin saraylarda da iş yerləri açılıb və kimsə evinə çörək pulu aparır. Amma bu daimi iş deyil axı.

Böhran başlayan kimi bu biznes öldü. Düzdür, əvvəllər buna tələbat var idi. Ölkədə pul çox idi və insanlarımızın təmtəraqlı mərasimləri sevməsindən istifadə edənlər bu biznesə üz tutdu. Həm də daşınmaz əmlakın qiyməti qalxırdı deyə, bu, həmçinin sərfəli yatırım kimi görünürdü. Lakin bu sabun köpüyü partladı. İndi buna tələbat xeyli azdır və azalacaq da. İstehsala yararlı müəssisələrin yararsız vəziyyətə salınmasına göz yumaraq, sarayların tikilməsinə milyonlarla pul xərcləyən məmur və iş adamları özlərinin şəxsi gəlirlərini, yoxsa dövlətin və xalqın mənafeyini daha üstün tutub sualını cavablandırırb: Bazar iqtisadiyyatı şəraitində sahibkar daha tez və çox pul gətirən sahəyə sərmayə qoyur. Təəssüf ki, şadlıq sarayları bu meyara uyğun idi. Buna görə də dövlət elə vergi siyasəti və stimullaşdırıcı tədbirlərə əl atmalı idi ki, sahibkarlar pullarını şadlıq saraylarına deyil, daha uzunmüddətli və iqtisadiyyata lazım olan sahələrə yatırsınlar. Amma bunun əvəzində hətta məmurlar da şadlıq sarayları açırdılar. Çünki dövlət aparatında bu problemlərlə məşğul olan yox idi. Nəticə olaraq həqiqətən demək olar ki, iş admaları və məmurlar şəxsi maraqları naminə ümumi maraqlara göz yumdu,- deyə cavab verdi.

İqtisadiyyatı düzgün bilən şəxs milyonlarla kapitalı şadlıq sarayına xərcləyər yoxsa, daha faydalı istehsala yönəldərdi-deyə maraqlandıqda bildirdi ki: İqtisadiyyatdan başı çıxan adam pulunu istehsala, sənayeyə, kənd təsərrüfatına qoyar. Amma bizdə iqtisadi və maliyyə savadlığı çox aşağıdır. Həm sahibkarlar , həm də məmurlar arasında. Lakin başqa səbəb də var. Ölkədə normal məhkəmə sistemi, mülkiyyət hüququnun müdafiəsi, sağlam rəqabət mühiti olmadığı üçün əksəriyyətdə əminlik hissi yoxdur. Bu hiss olmadan uzunmüddətli yatırım etmək istəyən tapılmır. Hamı deyir ki, elə bu gün qazanım aradan çıxım. Şadlıq sarayları da tez qazanma yolu idi.

Təmtəraqlı şadlıq sarayları millətə bəla olan “özgədən qalma geri” prinsipindən yaşadığı ziyan və zərərlərin, israfçılığın başlıca səbəbi deyilmi: Təəssüf ki, xalqımızın çoxsaylı müsbət cəhətləri ilə yanaşı belə mənfi xüsusiyyətləri də var. Heç birimiz bundan yaxa qurtara bilmirik. Hamımız bu problemi deyirik, amma özümüzə gələndə toyumuzu da, yasımızı da israfçılıqla, təmtəraqla edirik. Nəinki şadlıq sarayları, toylara yüzlərlə insanı, habelə bahalı müğənniləri dəvət etməyin hamısı israfdır-dedi.

Toy biznesi çökərsə şadlıq saraylarının istifadə xidməti nəyə yönələ biləcəyi ilə maraqlandıqda söylədi ki: Toy biznesi mütləq çökəcək, çünki insanlarımızın gəliri azalır və əvvəlki kimi kreditlə də yaşaya bilmirlər, çünki kredit verən yoxdur. Buna görə də sarayların çoxu istifadəsiz qalacaq. Ortada qalanlar isə qiymətləri endirməli olacaqlar.
Komunal xərclərin dəfələrlə artırılması şadlıq saraylarının xərclərinə təsir edirmi deyə xəbər aldıqda bildirdi ki: Kommunal xidmətlərin dəyərinin artırılması toy biznesinə də mənfi təsir göstərir. Bununla belə özləri də qiymətləri qaldıra bilmir, çünki dediyim kimi, əhalinin gəlirləri azalan xətlə gedir. O cümlədən buna görə də əksər saraylar meydandan getməyə məhkumdur.

İnterpress.az
Aynur Arifqızı