“Biz danışıqlardan imtina edə bilmərik, yoxsa…”backend

“Biz danışıqlardan imtina edə bilmərik, yoxsa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən qondarma referendum seçkilərindən sonra işğalçı Ermənistanla danışıqlar aparmağın mənasızlığı, səmərəsizliyi ilə bağlı səslənən fikirlərin sayı artmaqdadır.
Azərbaycan iddia edildiyi kimi, Ermənistanla danışıqlardan imtina etməlidirmi? Belə bir addımın ölkəmiz üçün hansı nəticəsi ola bilər?
İnterpress.az xəbər verir ki, Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli bu addımın ölkəmizin imici baxımından ciddi problemlərə yol açacağını bildirib:
“Bu qondarma referendumu dünyanın heç bir ölkəsi tanımır. Bu referendumun hüquqi əhmiyyəti olmayacaq. Azərbaycan danışıqlardan imtina etsə, bunun çox böyük mənfi rezonansı ola bilər. Hazırda danışıqlardan imtina edən tərəf ermənilərdir. Danışıqlar prosesinin bərpası istiqamətində səylər də var. XİN rəhbərləri görüşdü, Münhen təhlükəsizlik konfransında Azərbaycanın XİN rəhbəri həmsədrlərlə görüşdü və s. Bu sahədə yeni bir canlanma var. Azərbaycan danışıqlardan imtina etsə, bu, o demək anlamına gələcək ki, biz müharibə variantını seçirik. Bu isə dünya tərəfindən normal qarşılanmaz”.

İnterpress.az