İŞİD Mosulda bir məktəbi qana boyadı — 3 körpə həyatını itiribbackend

İŞİD Mosulda bir məktəbi qana boyadı — 3 körpə həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, pilotsuz uçan hava vasitələrindən istifadə edilən hücumda 3 körpə həyatını itirib.

Hadisə Mosulun şərqində, Er-Rifak məhəlləsindəki \”Yafa\” məktəbində baş verib. Dərs saatlarında baş verən terror hücumunda biri 7, digərləri 10 yaşında olan iki şagird həlak olub. Əraziyə cəlb edilən təhlükəsizlik qüvvələri şagirdləri məktəbdən təxliyə ediblər.

Verilən digər bir xəbərə görə, beynəlxalq koalisiya qüvvələrinə aid hərbi qırıcı Mosulun qərbindəki Es-Şifa bölgəsində bir binanı bombalayıb. Bina İŞİD terrorçuları tərəfindən qərargah kimi istifadə edilirmiş. Hücum nəticəsində 19 terrorçu məhv edilib.

Öldürülənlər arasında İŞİD komandirləri də var. Həm də bildirilir ki, məhv edilən terrorçular arasında xarici ölkə vətəndaşları da var.

İnterpress.az