İkimərtəbəli ev külə döndü – VİDEObackend

İkimərtəbəli ev külə döndü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kənd sakini, 1981-ci il təvəllüdlü Eminov Natiq Şakir oğluna məxsus yaşayış evində baş verib.

Günorta saatlarında iki azyaşlı uşağını qonşu kəndə məktəbə aparan ev sahibi yanğından gec xəbər tutub. Hadisə barədə FHN-in İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinə qonşular məlumat verib.

Ümumi sahəsi 97 kv. metr olan ikimərtəbəli 3 otaqlı ev yanar konstruksiyaları və içərisindəki əşyalarla birlikdə tamamilə yararsız hala düşüb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yerli sakinlərin sözlərinə görə, kəndin yolları bərbad vəziyyətdə olduğu üçün yanğınsöndürən maşınlar hadisə yerinə vaxtında çata bilməyib və ev tamamilə yanıb. Ağır tonnajlı yanğınsöndürən avtomobilləri yolsuzluq səbəbindən palçığa bataraq qalıblar.

Digər texnikaların köməyi ilə palçıqdan çıxarılan yanğınsöndürən maşınlar hadisə yerinə çataraq yanğını söndürüblər. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.azhttps://youtube.com/watch?v=onTtCYtFlg8